Pirallahı qəsəbəsində evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyi xəbər verir ki, Pirallahı qəsəbəsi ərazisində evlərin birindən 20 000 manat pul və 7 000 manat dəyərində qızıl-zinət və məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Pirallahı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Nəsir İbrahimov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az