Bakıda tarixi binaya müdaxilə edilir – Memardan ETİRAZ + FOTO/VİDEO

Cəmiyyət


“Bakıda, Neftçilər prospekti, 65 ünvanındakı binanın fasadının ağardılması tarixi binaya müdaxilə etmək deməkdir”.  

Bunu Oxu.Az-a açıqlamasında memarlıq üzrə elmlər doktoru, professor Elçin Əliyev deyib.

O qeyd edib ki, tarixi binanın fasadının laqunda vasitəsilə ağardılması yolverilməzdir:

“Təəssüf ki, heç bir aidiyyəti qurum məsələyə diqqət ayırmır. Bu sahədə kimsə işləməlidir axı. Cəmiyyətdə memarlıq abidələri haqqında danışılır, müzakirələr gedir, amma heç nə dəyişmir”.

Professor qeyd edib ki, son 3-4 ildə Bakıda fasadların bu cür ağardılmasına rast gəlinmirdi.

“Bu gün biz görürük ki, şəhərin mərkəzində köhnə laqundalarla fasadı əvvəllər necə təmizləyirdilərsə, o cür də davam edirlər. Əslində, son 3-4 ildə Bakıda belə etmirdilər. İndi yenə başlayıblar. Demək ki, yenə nəzarətsizlikdir”, – deyə memar bildirib. 

Qeyd edək ki, sözügedən bina 1906-1907-ci illərdə tikilmiş Əmiraslanovların evidir. Bina memarlıq abidəsidir və dövlət tərəfindən qorunur.

 

 

 

Əzizə İsmayılova

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir