Memar iradını geri götürdü: “Tarixi binaya zərər dəyməyib” – AÇIQLAMA + FOTO

Cəmiyyət


“Tarixi binaya zərər vurulması ilə bağlı məlumat öz təsdiqini tapmayıb”.

Bunu Oxu.Az-a açıqlamasında podratçı şirkətin nümayəndəsi bildirib.

“Bu gün səhər saatlarında podratçı şirkətin mütəxəssisləri və memar Elçin Əliyevin iştirakı ilə qeyd edilən ünvandakı binaya baxış keçirilib. Baxış zamanı burada həyata keçirilən işlər qənaətbəxş sayılıb, cüzi nöqsanlar aşkar edilsə də, binaya zərər vurulması xəbəri öz təsdiqini tapmayıb”.

Şirkətin açıqlamasında o da qeyd olunub ki, memar tərəfindən nöqsanların ən qısa vaxtda aradan qaldırılması tövsiyə olunub:

“Elmlər doktoru, professor memar Elçin Əliyev tərəfindən təmir işlərini aparan şirkətin nümayəndələrinə müvafiq tövsiyələr verilib və aşkar edilən cüzi nöqsanların ən qısa vaxtda aradan qaldırılması tövsiyə olunub”.

Qeyd edək ki, ötən gün Oxu.Az-a açıqlamasında memar Elçin Əliyev Neftçilər prospekti, 65 ünvanındakı binanın fasadının laqunda ilə ağardılmasının tarixi binaya müdaxilə olduğunu bildirmişdi.

Əzizə İsmayılova

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir