Qubada ağır qəza: 5 nəfər xəsarət alıb

Cəmiyyət


Qubada xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, rayonun Xucbala kəndi ərazisində VAZ-2109 və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü Zülfüqarov Elzamin Seyfulla oğlu, 1989-cu il təvəllüdlü Balayev Nurlan Cavanşir oğlu, 1985-ci il təvəllüdlü Əlixanov Elnur Ərəstun oğlu, 1954-cü il təvəllüdlü Əliyev Nazif Nəriman oğlu və 1980-cı il təvəllüdlü Süleymanov Qahir Asəf oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir