Keçmiş “Sovetski” ərazisində yaradılan Mərkəzi Parkın üçüncü hissəsində yenidənqurma və abadlıq işlərinə başlanıldığı deyilir.
Oxu.Az xəbər verir ki, bu barədə foto və məlumat sosial şəbəkələrdə paylaşılıb.
İddia edilir ki, abadlıq işləri Təzəpir məscidinin yaxınlığında yerləşən ərazidə aparılır. İşlərin başlanıldığı hissədə evlərin bir neçə il əvvəl söküldüyü deyilir.
Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.
Qeyd edək ki, Mərkəzi Parkın üçüncü hissəsinin ümumi ərazisi 8,2 hektar planlaşdırılıb. Bunun 6,4 hektarı yaşıllıq sahəsi üçün nəzərdə tutulub.
www.102info.az