ABŞ-də yaşayan azərbaycanlı həkim Ramil Mereyev səhhəti ilə bağlı yerləşdirildiyi xəstəxanada vəfat edib.
Oxu.Az xəbər verir ki, Texas ştatının Hyuston şəhərində yaşayan həmyerlimiz bu gün “Memorial Hermann Texas Medical Center” xəstəxanasında dünyasını dəyişib.
Bildirilib ki, ixtisasca həkim olan Ramil bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilibmiş. O, 10 və 8 yaşlarında iki övlad atası olub.
R.Mereyevin cənazəsinin Azərbaycana göndərilməsi istiqamətində iş aparılır.
www.102info.az