Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 300 avtomobil gözləyir.
Oxu.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, Samur gömrük postunda 45, “Mazımqara” gömrük postunda 14, “Astara” gömrük postunda 106, “Biləsuvar” gömrük postunda 47, “Xanoba” gömrük postunda 5 yük maşını var.
www.102info.az