Qazda boğulub ölən şəxs məşhur meyxanaçının dayısı oğludur

Cəmiyyət


Bakıda 19 yaşlı oğlan dəm qazından boğulub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Xətai rayonunun 7-ci Əhmədli küçəsindəki fərdi yaşayış evində baş verib. 2005-ci il təvəllüdlü Hacıbala Elman oğlu Məmmədli hamam otağında olarkən qazdan zəhərlənib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, vəfat edən gənc meyxanaçı Elşən Xəzərin dayısı oğludur.

www.102info.az