39 saylı seçki məntəqəsinin sədri: “1 016 məhkum səs verəcək”

Cəmiyyət


Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir.

Oxu.Az xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasının məhbuları da səs verirlər.

Cəzaçəkmə müəssisində məhbuslar Sabunçu rayon 29 saylı seçki dairəsinin üç seçki məntəqəsi – 38, 39, 40 saylı seçki məntəqələri üzrə səs veriblər.

39 saylı seçki məntəqəsinin sədri Hüsaməddin Bağırov bildirib ki, məntəqədə 1 016 məhkum səs verəcək. Səsvermə prosesi başlayandan indiyədək 269 məhkum səs verib.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir