Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir.
Oxu.Az xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsinin məhbusları da səs verirlər. Onlar hüquqlarından Xəzər rayon 13 saylı ikinci seçki dairəsinin 41 saylı seçki məntəqəsində istifadə edirlər.
41 saylı seçki məntəqəsinin sədri Elşad Kazımov bildirib ki, 1188 məhkum səs verəcək.
Səsvermə vermə başlayandan indiyədək 714 məhkum səs verib.





Könül Cəfərli
www.102info.az