Respublikamızın hər yerində olduğu kimi, Şirvan şəhərində də fevralın 7-də 8:00-dan növbədənkənar prezident seçkisinə start verilib.
Baku TV-nin bölgə müxbiri Elməddin İsmayılov məntəqələrdəki seçki prosesi ilə tanış olub.
Bildirib ki, ilk dəqiqələrdən seçicilərin fəallığı müşahidə olunur. Səsvermədə iştirak edən şəhid anası Şəlalə Zülfüqarova seçki prosesi ilə bağlı təəssüratlarını bölüşüb:
“Bu gün qalib Azərbaycanın prezidentini seçməyə gəlmişəm. Mən bununla fəxr edirəm. Oğlum şəhid olsa da, torpaqlarımızın bütövlüyü uğrunda canından keçib”.
Ətraflı süjetdə:
www.102info.az