Gürcüstan parlamentinin vitse-spikeri: “Azərbaycanda prezident seçkisində yüksək fəallıq vardı”

Cəmiyyət


“Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində yüksək fəallıq müşahidə etmişik”.

Oxu.Az-ın məlumatına görə, bunu Gürcüstan parlamentinin sədr müavini, Azərbaycanda keçirilən növbədənkənar parlament seçkisini müşahidə etmək məqsədilə Bakıya gələn nümayəndə heyətinin rəhbəri Arçil Talakvadze bildirib.

Onun sözlərinə görə, bu gün tarixi gündür:

“Biz bu gün həmkarlarla birlikdə Azərbaycanda keçirilən prezident seçkisini müşahidə etdik. Mənfi bir hadisə müşahidə etmədik. Jurnalistlər seçki məntəqələrinə tam çıxış əldə ediblər”.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir