Növbədənkənar prezident seçkisi ilə əlaqədar “exit poll” nəticələri açıqlandıqdan sonra Şuşa şəhərində yürüş keçirilir.
APA-nın xəbərinə görə, avtomobillər dövlət bayraqları ilə şəhərin küçələrində dövrə vurublar.
Qeyd edək ki, ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda növbədənkənar Prezident seçkisinin “exit poll” nəticələrini elan edib. Təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.
www.102info.az