Zaqatalada üç məktəblini maşın vurub.
Lent.az xəbər verir ki, hadisə rayonun Göyəm kəndində qeydə alınıb.
Dərsdən çıxıb evə gedən üç məktəblini “Mercedes-Benz” markalı maşın vurub.
İlkin məlumata görə, nəticədə məktəblilərdən ikisi ölüb, birinin vəziyyəti ağırdır.
Hazırda hadisə yerində araşdırma aparılır.
www.102info.az