Bakının Xəzər rayonunda, Zirə bağlarında yaşayan sakinlərin əraziyə internet xətti çəkən işçilərin səhlənkarlığı səbəbindən içməli su xətlərinin zədələndiyinə dair iddiaları öz təsdiqini tapıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Aztelekom” MMC-nin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Xəzər rayonunun Zirə qəsəbəsində 2 fevral 2024-cü il tarixində “Bakı Telefon Rabitəsi” MMC tərəfindən internet xəttinin çəkilişi üçün dirəklər basdırılan zaman su borusu zədələnib:
“Fevralın 3-də səhər saatlarında zədələnmiş boru təmir edilib, çətinlik aradan qaldırılıb”.
Könül Cəfərli
www.102info.az