Ölkənin iqlim-hava şəraiti əlverişli keçən regionlarında növbəti əkin mövsümü ilə əlaqədar ağacəkmə və meşəbərpa tədbirləri davam edir.
Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov Oxu.Az-a bildirib ki, bu gün Ağcabədi, Şəki, Siyəzən və Ağdaş rayonlarının meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə 4,7 hektar ərazidə 8 150 ədəd müxtəlif cinsli ağac-kol tingi əkilib.
Xidmət rəisinin sözlərinə görə, son üç gün ərzində Tovuz, Sabirabad, Şabran, Siyəzən, Quba, Xaçmaz, Şamaxı, İsmayıllı, Ağsu, Şəki, Zaqatala, Goranboy, Cəlilabad, Ağcabədi, Bərdə, Ağdaş, Daşkəsən, Gədəbəy, Samux və Qəbələ rayonlarında keçirilən ağacəkmə tədbirləri zamanı ümumilikdə 14,4 hektar meşə fondu ərazisində 15 475 ədəd müxtəlif cinsli ağac əkilib, 350 kiloqram toxum səpilib.
www.102info.az