Bu gün saat 07:10-da “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə məxsus elektrovoz Sitalçay yaxınlığında hərəkətdə olarkən 75-Vl-639 dövlət qeydiyyat nişanlı “NAZlifan” markalı avtomobil dəmiryol keçidində qəflətən qatarın yoluna çıxıb.
Bu barədə ADY-dən bildirilib. Məlumata görə, toqquşma nəticəsində xəsarət alan olmayıb.
“ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmiryol keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.
Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsi hallarına görə sürücülər 100 manat cərimələnirlər”, – deyə səhmdar cəmiyyəti bəyan edib.
www.102info.az