Şabran şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə şəhərin dörd yol adlanan ərazisində qeydə alınıb.
“Mercedes-Benz” və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər – Nuray Nicat qızı Məmmədova, Yağmur Nicat qızı Məmmədova və Gülayə Novruz qızı Novruzova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az