Sumqayıtda 500 kvadratmetr ərazi yanıb

Cəmiyyət


Sumqayıtda açıq sahədə yanğın olub.

APA xəbər verir ki, hadisə şəhərin “Qurd dərəsi” yaşayış massivi ərazisində qeydə alınıb.

500 kvadratmetr kol-kos və yeddi ədəd müxtəlif ağac yanıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Yanğın söndürülüb. Hadisənin səbəbi araşdırılır.

www.102info.az