Sumqayıt şəhərində dörd gün öncə itkin düşən kişinin meyiti tapılıb.
“Report”un yerli bürosu xəbər verir ki, meyit Ceyranbatan qəsəbəsinin bağlar ərazisində aşkarlanıb.
1976-cı il təvəllüdlü Rüfət Sovet oğlu Abdullayevin meyiti aidiyyəti üzrə təhvil verilib. Onun öldürüldüyü ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az