Bakıda atmosferdə tozun artması müşahidə olunur

Cəmiyyət


Bu gün Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva Oxu.Az-a bildirib ki, havada tozun miqdarı 1.5 dəfə normadan artıqdır.

“Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq  lokal, eyni zamanda transsərhəd xarakter daşıyır.

Tozlu hava şəraitinin 2 gün ərzində davam edəcəyi gözlənilir”.

www.102info.az