Sumqayıtda evdə partlayış olub, xəsarət alan var

Cəmiyyət


Sumqayıt şəhərinin Corat qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində partlayış olub.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə zamanı şəhər sakini, 2006-cı il təvəllüdlü İsmayıl Zabit oğlu Əlizadə termik yanıq xəsarətləri alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Hadisənin qaz sızması nəticəsində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az