Cavanşir Quliyevin son vəziyyəti AÇIQLANDI

Cəmiyyət


“Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin vəziyyəti yaxşıdır”.

Oxu.Az xəbər verir ki, bu barədə onun yaxın dostu Ramiz Mirzəyev məlumat verib.

R.Mirzəyev Cavanşir Quliyevin əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini bildirib.

Xatırladaq ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də halı pisləşib. İstanbulda dərhal xəstəxanaya yerləşdirilib. Beyninə qan sızdığı deyilib. Bəstəkarın ilk günlərdə vəziyyəti ağır olub.

Bəstəkar Cavanşir Quliyevin müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək verilir. Ötən gün əməliyyat olunub. Əməliyyatı uğurlu keçib.

Nəzrin Vahid

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir