Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin rəisi işdən azad olunub.
“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Əmrə əsasən, mərkəzin rəisi polkovnik Elxan Vəliyev tutduğu vəzifədən azad edilib. Hələlik onun yerinə təyinat yoxdur.
www.102info.az