Bakı və Şəki sakinlərində silah-sursat aşkarlanıb.
Səbail Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əliyevdən “Naqan” tipli tapança və 7 ədəd patron götürülüb.
Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş C.Hüseynovdan müvafiq sənədləri olmayan “TOZ-B” markalı ov tüfəngi götürülüb.