Dövlət Komitəsinin sədri vəzifəsinin müvəqqəti icraçısının DOSYESİ

Cəmiyyət


Prezident İlham Əliyevin sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunanadək vəzifənin müvəqqəti icrası həmin komitənin sədrinin birinci müavini Səyyad Adil oğlu Salahlıya həvalə edilib.

Oxu.Az komitənin sədrinin müvəqqəti icraçısının dosyesini təqdim edir:

O, 1952-ci il yanvarın 15-də İmişli rayonunun Qaradonlu kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 

2001-ci ildən Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsinin dekanı işləyib.
Səyyad Salahlı 1995-ci ildə 67 saylı Zərdab-İmişli-Ucar, 2000-ci ildə isə 67 saylı Zərdab-İmişli seçki dairəsindən deputat seçilib. 

Prezidentin Sərəncamı ilə 16 noyabr 2012-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini vəzifəsinə təyin edilib. 

Evlidir, 3 övladı var.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir