2023-cü ildə Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən 290 qadına və 108 gənc sahibkara 23,5 milyon manat güzəştli kredit verilib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında paylaşıb.
Bildirilib ki, struktur sahibkarlıq sahəsində çalışan qadın və gənclərin fəaliyyətinin stimullaşdırılması üçün kreditlər ayırıb.
Sahibkarlıq sahəsində çalışan qadınların və gənclərin fəaliyyətinin stimullaşdırılması məqsədilə ötən il Sahibkarlığın İnkişafı Fondu (@sahibkarliq) tərəfindən 290 qadın və 108 gənc sahibkara ümumilikdə 23,5 mln. ₼ #güzəştlikredit verilib.#SİF #EconomyAz pic.twitter.com/UtQvndSYeT
— Mikayil Jabbarov (@MikayilJabbarov) February 16, 2024
www.102info.az