2024-cü ilin yanvar ayında Azərbaycana 8 milyon 542 min ABŞ dolları dəyərində 4 min 410 ton ət idxal olunub.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə idxal edilən ətin həcmi 63,8% və ya 1 718 ton, dəyəri isə 75,0% və ya 3 milyon 660 min dollar artıb. Belə ki, ötən ilin yanvar ayında Azərbaycana 4 milyon 882 min dollar dəyərində 2 min 692 ton ət idxal edilib.
Qeyd edək ki, hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,75%-ni təşkil edib.
www.102info.az