Azərbaycan Rusiyanın axtarışa verdiyi şəxsi ekstradisiya edib

Cəmiyyət


Azərbaycanda saxlanılan Rusiya vətəndaşı öz ölkəsinə ekstradisiyası edilib.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Qeyd olunub ki, Rusiya Cinayət Məcəlləsinin 196-cı maddəsi (Qəsdən müflisləşmə) ilə təqsirləndirilərək, həmin dövlətin hüquq-mühafizə orqanları tərəfindən dövlətlərarası axtarışa verilmiş 1966-cı il təvəllüdlü Rusiya vətəndaşı Qolubev Vladislav Vladimiroviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Rusiya Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

V.V.Qolubev ötən il noyabrın 11-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərhəd nəzarətindən keçərkən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə bu gün Rusiyanın səlahiyyətli orqanlarına təhvil verilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir