Bakıda hoteldə yanğın baş verib – FOTO

Cəmiyyət


Bakıda hoteldə yanğın baş verib.

APA xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonundakı “MONT INN” hotelində qeydə alınıb.

Alovlanma hotelinin restoranının yerləşdiyi üçüncü mərtəbədə başlayıb. Yanğın zamanı binada köməksiz vəziyyətdə qalan iki hotel işçisi xilas edilib. Yanğın lokallaşdırılıb. Hadisə ilə əlaqədar Ağa Nemətulla küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Restoranda başlayan yanğın hotelin 312 nömrəli otağına keçib. Hadisə yerinə çatan Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və polislər otaqda qalan iki xanımı alovdan xilas edərək çölə çıxarıblar.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir