Xocalıda azərbaycanlı əsir və girovların saxlanıldığı yerdən görüntülər – VİDEO

Cəmiyyət


Erməni işğalından azad olunan Xocalı rayonunun Malıbəyli (2023-cü ilin dekabrınadək Şuşa rayonunun inzibati ərazi vahidi olub) kəndində azərbaycanlı əsir və girovların saxlanıldığı tikili aşkarlanıb.

“Report” xəbər verir ki, işğaldan əvvəl – 1992-ci ilədək yaşayış məntəqəsinin ərazidən keçən Ağvan çayının sahilində qədim su dəyirmanı və onun yardımçı binası olub.

İşğal dövründə separatçılar oranı azərbaycanlı əsir və girovları qanunsuz saxlama yerinə çeviriblər. Bunun üçün dəyirmanın yardımçı tikilisinin qapı və pəncərələrinə dəmir barmaqlıqlar vurublar, üzərinə qalın beton töküblər. Eyni zamanda, içəridə dəmir arakəsmələr yerləşdirərək, qəfəs formasına salıblar. Bundan başqa, əsir və girovlara nəzarət edənlər üçün ayrıca otaq yaradıblar.

Tikilidə aşkarlanan izlər orada azərbaycanlı əsirlərin saxlanıldığını, onlara işgəncələr verildiyini deməyə ciddi əsas yaradır.

Xatırladaq ki, Malıbəyli kəndi 1992-ci il fevralın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də keçirdiyi antiterror tədbirləri zamanı kənd işğaldan azad edilib.

Azərbaycanlı əsirlərin saxlanıldığı və işgəncələr verildiyi tikilinin görüntülərini təqdim edirik:

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir