Azərbaycan millisinin baş məşqçisi: “Böyük Dəbilqə”də səkkiz medal qazanmaq tarixi və yüksək nəticədir”

Cəmiyyət


“Böyük Dəbilqə”də səkkiz medal qazanmaq tarixi və yüksək nəticədir”.

Bunu “Report”a açıqlamasında gənc cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Məmmədov Bakıda təşkil olunan yarışla bağlı danışarkən deyib.

Mütəxəssis olimpiya ilində belə turnirlərin əhəmiyyətli olduğunu bildirib:

“Lisenziyalı yarışda bu cür çıxış millimizin performansından xəbər verir. Demək olar ki, cüdoçularımızın əksəriyyəti ümidləri doğrultdu. Elcan Hacıyev və Zelim Kotsoyevdən də mükafat gözləyirdik. Zelim dünyada aparıcı idmançılarımızdandır. Sadəcə, bu cüdodur, idmanda isə hər şey mümkündür. Əminəm ki, o daha güclü qayıdacaq.

Dünya və Avropa çempionu olmuş keçmiş idmançı Ömər Rəcəbli (81 kq), Vüqar Talıbov (90 kq) və Camal Qamzatxanovun (+100 kq) qazandığı nəticələrin məşqçilər korpusunu sevindirdiyini vurğulayıb: “Onlar yaxşı mənada bizi təəccübləndirdilər. İnanıram ki, komandamız Paris-2024 Yay Olimpiya Oyunlarında medallar uğrunda mübarizə aparacaq”.

Qeyd edək ki, Bakıdakı “Böyük Dəbilqə”də Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) qızıl, Ömər Rəcəbli (81 kq) ilə Camal Qamzatxanov (+100 kq) gümüş, Balabəy Ağayev (60 kq), Yaşar Nəcəfov (66 kq) və Vüqar Talıbov (90 kq) bürünc medal əldə ediblər.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir