20 gün əvvəl qızılcaya yoluxan uşaq xəstəxanada öldü

Cəmiyyət


Gəncədə doqquz yaşlı qız xəstəxanada ölüb. 

Oxu.Az xəbər verir ki, Gədəbəy rayon sakini, 2014-cü il təvəllüdlü Ruqəyya Həsənova xəstəxanaya ağır vəziyyətdə gətirilib.

Həkimlərin səylərinə baxmayaraq, 9 yaşlı qız xəstəxanada ölüb.

Bildirilir ki, R.Həsənova 20 gün bundan əvvəl qızılcaya yoluxub. 

İlkin məlumata görə, azyaşlı ağciyərlərinə su yığılmasından ölüb. 

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir