Kürdəmirdə iki kəndin sakinləri həkimə getmirlər – VİDEO

Cəmiyyət


Kürdəmir rayonunda hazırda fəaliyyət göstərən tibb məntəqəsi qəzalı vəziyyətdədir.

Rayonun Şilyan və Qarasu kəndlərinin kəsişməsində yerləşən tibb məntəqəsinin binası ötən əsrin sonlarında inşa olunub. Vaxtı ilə həyətyanı sahəsi üç hektar olan ərazidə kənd xəstəxanası kimi fəaliyyətə başlayan bu məntəqə ikimərtəbəli əsas və birmərtəbəli yardımçı binadan ibarətdir.

Binanın tikintisinin başa çatdığı vaxt keçmiş məcburi köçkünlər əsas binada məskunlaşıblar. Bu səbəbdən də kənd xəstəxanası yardımçı binada fəaliyyətə başlayıb. Keçmiş məcburi köçkünlər 2006-cı ildə binadan başqa yerə köçürülüblər. Amma tikili baxımsızlıq ucbatından elə bir hala düşüb ki, xəstəxana üçün yararsız hesab edilib.

Tavan çöküb, döşəmə yararsız halda, qapı-pəncərə istismar müddətini başa vurub və divarlar bir-birindən xeyli aralanmış vəziyyətdədir. Hətta binanın bir hissəsi uçub. Sakinlər deyirlər ki, məntəqəyə getməyə qorxduqları üçün həkimi evə çağırmalı olurlar.

Mövcud vəziyyətdən tək sakinlər deyil, 10 nəfərdən ibarət tibbi heyət də çox narahatdır. Onlar deyirlər ki, müraciət edən xəstələrə keyfiyyətli xidmət göstərə bilmirlər.

Daha ətraflı APA TV-nin süjetində: 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir