Dövlət Komitəsi atasının zorakılığa məruz qoyduğu azyaşlıya və ailəsinə baş çəkib

Cəmiyyət


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi atası tərəfindən zorakılığa məruz qalan azyaşlıya və ailəsinə baş çəkib.

Bu barədə Oxu.Az-a komitədən məlumat verilib.

Bildirilib ki, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) psixoloqu, sosial iş üzrə mütəxəsis və sosial pedaqoqunun iştirakı ilə zərərçəkmiş şəxsin ailəsi ilə görüşülüb.

Qeyd edilib ki, Lalə Məmmədova (şərti ad) həyat yoldaşı Elnur Eltəmas oğlu Məmmədov ilə 2017-ci ildən ailə qurublar. Onların bu nikahdan 3 qız övladı dünyaya gəlib. Zərərçəkmiş uşaqların daimi olaraq ataları tərəfindən fiziki zorakılığa məruz qaldığı haqqında məlumat verib. Dəfələrlə ayrılmaq istəsə də, valideynlər buna razılıq verməyiblər. Hazırda qadın nikahın pozulması üçün məhkəməyə müraciət edəcəyini bildirib.

Mütəxəssislər tərəfindən uşaqlarla ətraflı söhbət aparılıb, psixo-sosial dəstək göstərilib.

Komitənin Şüvəlan UADM tərəfindən uşaqların psixoloji reabilitasiyaya cəlb olunması nəzərdə tutulur.

Qeyd edək ki, Bakı şəhəri, Türkan qəsəbəsi sakini, 1983-cü il təvəllüdlü Elnur Məmmədov arvadı və qızlarına şiddət göstərib. Şiddət görən ana digər övladlarını qorumaq üçün onun hərəkətlərini əks etdirən görüntüləri lentə alıb. Həmçinin, fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov polis tərəfindən saxlanılıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir