Bakı şəhəri Ramanı kəndində yerləşən Şuşa qəsəbəsinin yolları sakinlərin narahatlığına səbəb olub.
Oxu.Az-a şikayət edən qəsəbə sakini bildirib ki, qəsəbə yollarının yamaq-yamaq, çuxur və çökəkliklə dolu olması sürücülər üçün problem yaradır. Hər dəfə çuxura düşən avtomobillər sıradan çıxır, sürücülər isə əlavə xərcə düşməli olurlar.
Şikayətçi qeyd edir ki, problemlə bağlı dəfələrlə Sabunçu Rayon İcra Hakimiyyətinə, Sabunçu bələdiyyəsinə və digər aidiyyəti qurumlara müraciət olunsa da, nə problemi həll edən, nə də hər hansı reaksiya verən yoxdur.
Şəkil və videonu təqdim edirik.
Əzizə İsmayılova
www.102info.az