Maştağada 1 saylı internat tipli tam orta məktəbdə iki yeniyetmənin səbəbsiz yerə təhsildən uzaqlaşdırıldığı iddia olunur.
Bununla bağlı Oxu.Az-a şikayət məktubu daxil olub. Təhsildən uzaqlaşdırılan yeniyetmələrin valideyni iddia edir ki, məktəbdə uşaqlara yemək az verilir, uşağa deyiblər ki, “sən gələcəyin narkomanısan”, işçilər valideynlərdən borc pul tələb edirlər.
Valideyn qeyd edir ki, məktəbdə tərbiyəçi işləyən Nəsib adlı şəxs onun övladını döyüb və yüngül xəsarət yetirib. Bundan əlavə, tərbiyəçi uşağı təhdid edib və bu haqda heç kimə danışmamağı tapşırıb.
Valideyn qeyd edib ki, direktor İsmayıl Əliyevlə söhbəti zamanı uşaqların təhsildən uzaqlaşdırılmasına etiraz edərkən direktorun cavabı: “Get, hara istəyirsən, şikayət et”, – olub.
Hazırda hər iki uşaq – S.A. (15 yaş) və M.A. (14 yaş) 2023-cü ilin noyabr ayından məktəbə getmir.
Həmin görüntüləri təqdim edirik:
@oxuaz ⚠️🛑 Maştağada 1 saylı internat tipli tam orta məktəbdə uşağa şiddət.
Bakı Şəhər Baş Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılır və yekunları barədə məlumat veriləcək.
Əzizə İsmayılova
www.102info.az