Naxçıvanda piyadanı maşın vurub

Cəmiyyət


Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Avtomobil yolu keçən Naxçıvan şəhər sakini, 1977-ci il təvəllüdlü Elnur Rafiq oğlu Abbasovu vurub.

Hadisə nəticəsində piyada baş nahiyəsindən xəsarət alıb, həmçinin ayağı qırılıb.

O, Naxçıvan Mərkəzi Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir