ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniaz Bakıda ADA Universitetində tələbələrlə görüşüb.
Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
“İqlim üzrə xüsusi nümayəndənin müavini xanım Biniaz Bakıya səfər etdiyi zaman ADA universitetində tələbələrə beynəlxalq iqlim əməkdaşlığının tarixi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) məqsədləri və noyabrda Azərbaycanın bu tədbirin ev sahibi kimi oynayacağı mühüm roldan danışıb”, – məlumatda qeyd edilb.
İqlim üzrə xüsusi nümayəndənin müavini xanım Biniaz Bakıya səfər etdiyi zaman ADA universitetində tələbələrə beynəlxalq iqlim əməkdaşlığının tarixi, COP29-un məqsədləri və noyabrda Azərbaycanın bu tədbirin ev sahibi kimi oynayacağı mühüm roldan danışıb. pic.twitter.com/pgFS9Xtf52
— U.S. Embassy Baku (@USEmbassyBaku) February 24, 2024
www.102info.az