Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Cəmiyyət


Bakıda qadını avtomobil vuraraq öldürüb.

APA xəbər verir ki, 1999-cu il təvəllüdlü Fərid Niyazi oğlu Quliyev idarə etdiyi özünə məxsus “Mercedes-Benz” markalı avtomobillə Suraxanı rayonu Əmircan qəsəbəsi ilə üzü Dədə Qorqud qəsəbəsi istiqamətində hərəkətdə olarkən piyada 1967-ci il təvəllüdlü Asalayeva Amalya Nəcməddinovnanı vurub.

Piyada aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir