Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova uşaqların bullinqə məruz qalmasına münasibət bildirib.
Oxu.Az xəbər verir ki, o, maarifləndirmə işlərinin davamlı şəkildə aparıldığını deyib.
“Bizimlə yanaşı, bütün qurumlar birlikdə işlər aparırlar. Bu hallardan heç kim sığortalanmayıb. Nə qədər işlər görülsə də, bu hallar baş verir. Amma bu o demək deyil ki, bu hallarla bağlı işlər görülmür”.
Komitə sədri qeyd edib ki, cəmiyyət varsa, cinayətlər törədilir:
“Aparılan işlərlə bu cür halların sayın azalda bilərlər”.
İlhamə Əbülfət
www.102info.az