Təsərrüfatçı: “Beyləqanda qoyunlarını satıb, şəhərdə taksi sürürlər” – VİDEO

Cəmiyyət


İldırım Məmmədov Qubanın Yalavanc kəndində böyük qoyunçuluq təsərrüfatının sahibidir.

Bu sahədə zəngin təcrübəyə malik olan sahibkar müsahibəsində qoyunçuluğun xalqımızın tarixində oynadığı roldan, ölkəmizdə qoyunçuluq təsərrüfatının inkişaf perspektivindən, təsərrüfatçıların üzləşdiyi çətinliklərdən söz açıb.

İ.Məmmədov bildirib ki, apardığı araşdırmalar nəticəsində gəldiyi qənaət ondan ibarətdir ki, yaxın 40 il ərzində bazarda qoyun ətinin qiymətinin enmə perspektivi yoxdur.

Sahibkar bildirib ki, bunun əsas səbəblərini qanunda olan müəyyən boşluqlar, təsərrüfat sahiblərinin kəndi tərk edərək şəhərə axışmasında görür:

“Vaxtı ikən bizim qoyunçuluq sahəsində peşəkar mütəxəssislərimiz var idi. Bu gün onların nəvələri qoyunları satıb şəhərdə taksi xidməti ilə məşğul olurlar. Bu uşaqlar hamısı qoyunçuluqla məşğul olan kişilərin nəvələridir”.

İ.Məmmədovun həmçinin qoyunun bəslənməsi, onun ətinin keyfiyyətinin artırılması istiqamətində tövsiyələri də paylaşıb. Fermer bildirib ki, ətin keyfiyyəti heyvana qulluqdan, ona vaxtı-vaxtında lazımi dərmanlarla təmin edilməsində, eyni zamanda düzgün kəsim prosesindən asılıdır.

Ətraflı süjetdə:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir