Ayağına mismar batan 10 yaşlı uşaq müalicə olunsa da, sonradan səhhətində ciddi problem yaranıb.
Xezerxeber.az-ın məlumatına görə, Tərtər rayonunun Hüsənli kənd sakini Teymur Hüseynov övladının ayağında problem yaranmasına görə Rayon Mərkəzi Xəstəxanasının baş tibb bacısı Vüsalə Məmmədovanı ittiham edir.
Onun dediyinə görə, övladının ayağına mismar batdığı üçün xəstəxanaya müraciət edib. Vüsalə Məmmədova uşağı müayinə edib, müalicə yazıb. Ancaq uşağın ayağında bir neçə ay sonra irin və şiş əmələ gəlib.
Övladının ayağının sağalmadığını görən ata sonradan Bakıdakı klinikalara müraciət edib. Həkimlər uşağın ayağının tezliklə əməliyyat edilməli olduğunu deyiblər.
Şikayətçinin sözlərinə görə, o uşağın səhhətində yaranmış problemlə bağlı ilkin müalicəsini aparmış Vüsalə Məmmədovaya məlumat versə də, şikayətlərinə önəm verilməyib.
Rayon Mərkəzi Xəstəxanasının direktoru Sərxan Cəlahani isə iddialarla razılaşmır.
Ətraflı süjetdə:
www.102info.az