Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Şimal bürosu xəbər verir ki, KIA markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində üç nəfər xəsarət alıb. Avtomobildə olanlar, Rusiya vətəndaşları 1961-ci il təvəllüdlü Mustafayeva Fetima Sultanovna, 1980-cı il təvəllüdlü Mustafayev Memet Qasım oğlu və 1998-cı il təvəllüdlü Mustafayev İgramedin Zakireviç müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az