Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev Bakıdadır.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bəstəkar fevralın 25-də saat 19:00 radələrində İstanbuldan Bakıya qayıdıb. Vəziyyəti yaxşıdır.
Xatırladaq ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də halı pisləşib. İstanbulda dərhal xəstəxanaya yerləşdirilib. Beyninə qan sızdığı deyilib. Bəstəkarın ilk günlərdə vəziyyəti ağır olub.
Bəstəkar Cavanşir Quliyevin müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək verilir. Əməliyyatı uğurlu keçib.
Nəzrin Vahid
www.102info.az