“Ötən il Azərbaycandan Ümrə ziyarətinə gedən zəvvarların sayı 15 min nəfəri keçib”.
“Report” xəbər verir ki, bunu Bakıda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiə jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, dövlət qurumları və özəl sektor tərəfindən həyata keçirilən birgə və bir-birini tamamlayan səylər Azərbaycan Respublikasından olan Ümrə zəvvarlarının sayının artmasına töhfə verib. Belə ki, zəvvarların sayı 2023-cü ildə 15 380-a çatıb.
“Bu gün mən və həmkarlarım Qafqaz Müsəlmanları İdarəsinin sədri qardaşım şeyxülislam Allahşükür Paşazadə həzrətləri ilə səmərəli və konstruktiv görüş keçirdik. Burada biz Azərbaycan Respublikasından gələn zəvvar və ziyarətçilərin səfərini asanlaşdırmaq üçün bütün imkanlardan istifadə etmək, habelə bir sıra təşəbbüsləri və tədbirləri müzakirə etdik”, – deyə nazir Taufiq bin Fauzən Əl Rabiə vurğulayıb.
O qeyd edib ki, Bakı ilə Səudiyyə Ərəbistanının şəhərləri arasında birbaşa uçuşların sayı həftədə 20 reysə çatıb:
“Flynas” hava şirkətinin Bakı-Ciddə marşrutu üzrə ucuz qiymətli reysləri artıb”.
www.102info.az