Keçmiş məcburi köçkün: “Növbəti çərşənbələrimizi artıq Laçında qeyd edəcəyik”

Cəmiyyət


“32 il idi ki, Laçını görmürdük, indi gözəl vətənimizə – Laçınımıza qayıdırıq”.

“Report” xəbər verir ki, bu barədə Laçın sakini Bəşirova Şəkər danışıb.

Doğma yurduna qayıdan keçmiş məcburi köçkün Azərbaycan ordusunun şəhid olmuş hərbi qulluqçularına rəhmət, qazilərə isə şəfa diləyib. O, həmçinin, yaradılmış şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

“Növbəti çərşənbələrimizi tonqaldan tullanaraq orada qeyd edəcəyik”, – deyə yaşlı qadın gülərək söyləyib.

Xatırladaq ki, bu gün, fevralın 28-də, Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola salınıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir