Abşeron rayonunda (Bakı-Quba avtomobil yolunun 12-ci kilometrliyi) KIA markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Avtomobilin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, yanğına səbəb həyətdə qalanan Su çərşənbəsi tonqalı olub.
Belə ki, tonqaldan çıxan alov yaxınlıqdakı avtomobilə keçib.
Hadisə zamanı xəsarət alan olmayıb.
www.102info.az