Həkimlərimiz niyə xarici ölkələrdə ixtisasartırmaya üstünlük verirlər? – EKSPERT RƏYİ + VİDEO

Cəmiyyət


Tibb təhsili alan həkimlər xarici ölkələrdə ixtisasartırmaya üstünlük verirlər.

Xezerxeber.az-ın məlumatına görə, “Sağlamlığa xidmət” ictimai birliyinin sədri Pərvanə Vəliyeva deyir ki, həkimlər özlərini nə qədər inkişaf etdirsələr, təbii ki, bir o qədər faydalıdır.

Xaricdə müxtəlif kurslarda ixtisasartıma keçənlərin əksəriyyəti isə düşünür ki, pasiyentlər təcrübəsi olan, müxtəlif cür kurslardan keçmiş, uzmanlıq adını almış həkimlərə üz tuturlar.

Türkiyə İxtisasartıma ilə bağlı ən çox müraciət edilən ölkələrdən sayılır. Ekpsert bunu bir sıra səbəblərlə əlaqələndirir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) insan resursları departamentinin təlim və karyera planlaması şöbəsinin müdiri Mədinə Kərimli bildirib ki, bu kimi kurslara cəlb edilmiş həkim-mütəxəssislər göstərdikləri xidmətin keyfiyyətinin artırılması ilə daha çox pasiyentə xidmət edirlər. Bununla da əməkhaqqı qaydalarında nəzərdə tutulmuş əlavələrdən yararlana bilirlər.

Həmçinin qeyd olunub ki, ölkədə fəalliyyət göstərən tibb işçiləri beş ildən bir sertifikasiyaya cəlb olunurlar. Sertifikasiya şəhadətnaməsini almış əməkdaşların da tibbi-praktiki fəalliyyətlə məşğul olmasına icazə verilir.

Ətraflı süjetdə:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir