Bakıda “Malakan” bağı kimi tanınan ərazidə sakinlərin narahatlığına səbəb olan olay baş verib.
Baku.ws xəbər verir ki, sakinlərin iddialarına görə, bağda ağacların ətrafına xüsusi dərman səpilib. Bu dərmanın tökülməsində məqsəd quşların tələf edilməsidir.
Bağın ətrafına dərmanların tökülməsi azyaşlı uşaqlar və ev heyvanları ilə ora dincəlməyə gələn sakinləri qorxuya salıb. Əgər bu dərmanlar həqiqətən öldürücülük qabiliyyətinə malikdirsə, onda ətrafdakılar üçün real təhlükə yaradır.
Məsələ ilə bağlı ərazidən məsul olan Bakı Abadlıq Mərkəzi ilə əlaqə saxladıq. Həqiqətən bağın ətrafına dərman səpilməsini, bunun təhlükəli olub-olmamasını aydınlaşdırmağa çalışdıq.
Məsələ ilə bağlı Bakı Abadlıq Mərkəzindən bildirilib ki, iddialar həqiqəti əks etdirmir:
“Bağ ərafına səpilən dərmanın adı “Nitroammofos”dur. Bu dərman həm qazon, həm də bitkilərə qış aylarında verilir ki, daha çox vitamin olsun. Əvvəlki illərdə peyin verilirdi. Lakin bizim qurum artıq bu dərmandan istifadə edir. Çünki şəhərin mərkəzində iy gəlir.
“Nitroammofos” bütün bitkilərə və torpağa gücləndirici mineral kimi verilir. Bu dərmanın quşlara heç bir ziyanı yoxdur. Quşlar ümumiyyətlə onu yeməz. Həmin dərmanın üzərinə su düşən kimi torpağa qarışır”.
Həmin görüntüləri təqdim edirik:
www.102info.az